Ərdoğan: "Güclü prezident üçün güclü parlamentə ehtiyac var"

29-05-2018, 10:43           

"Əgər güclü hökumətdən danışırıqsa, güclü hökuməti güclü parlamentə yerləşdirməliyik".

Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yerli telekanallara müsahibəsində bildirib.

Dövlət başçısı qeyd edib ki, güclü prezident üçün güclü parlamentə ehtiyac var. İyunun 24-də Türkiyədə keçiriləcək növbədənkənar prezident və parlament seçkilərindən danışan Ərdoğan prezident köməkçisi məsələsinin hüquqi tənzimləmədə ortaya çıxdığını deyib. Dövlət başçısı qeyd edib ki, köməkçilərin sayı 1, yaxud 2 ola bilər.

Ərdoğan daha sonra deyib: "Biz 81 əyaləti gəzdik. Müxalifət belə bir şey etmədi".

Türkiyə prezidenti bildirib ki, Baglumda vətəndaşlar onu və tərəfdarlarını çox mehriban qarşılayıb. (report)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru