ABŞ və Türkiyə yenə razılığa gələ bilməyib

30-05-2018, 09:48           

Türkiyə və ABŞ Mənbic məsələsi ətrafında davam edən mübahisədə ortaq məxrəcə gələ bilməyib.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ XİN-in mətbuat katibi Nauert məlumat verib. O bildirib ki, Suriyanın Mənbic şəhəri ilə əlaqədar türkiyəli rəsmilərlə danışıqlar aparılır. Lakin hələlik bu danışıqlar heç bir nəticə vermir.

Nauert onu da əlavə edib ki, 4 iyunda ABŞ XİN başçısı Mayk Pompey türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşərək məsələni yenidən müzakirəyə çıxaracaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru