Deputatımız parlamenti silkələdi - Video

30-05-2018, 16:42           

Məsullardan 40 milyon türkə hörmət etmələrini istəyirik. Teleradio Şirkəti türk dilində telekanal yaratmalıdır ki, biz türklər Əhli-beytə olan məhəbbətimizi şirin türk dilində bəyan edək. İranda Türk dili və ədəbiyyatı mədəniyyət evi də təsis olunmalıdır.

Axar.az xəbər verir ki, bu sözləri Güney Azərbaycanın Urmiya şəhərinin İran parlamentindəki millət vəkili Nadir Qazipur parlamentdəki çıxışı zamanı deyib.

O, İranda Azərbaycan türkcəsində telekanal və türk dili, ədəbiyyatı mədəniyyət evinin yaradılmasını tələb etməklə yanaşı, Urmu gölü böhranı haqda da danışıb:

“Azərbaycanın naxışı olan Urmu gölü hələ də diridir, lakin bir xəstə kimi komaya düşüb. Ümid edirəm ki, Azərbaycanın ölüm mərkəzinə çevrilən Urmu Gölünü Canlandırma Mərkəzi gölə ayrılan büdcə vəsaitini yalnız gölün canlandırılmasına xərcləyəcək”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru