Türkiyə ABŞ-dan çağırdığı səfirini geri qaytarır

30-05-2018, 21:47           

Türkiyənin ABŞ-dakı səfiri Sərdar Kılıç bu həftə ərzində Vaşinqtona qayıda bilər

Bunu Türkiyənin xarici işlər nazir Mövlud Çavuşoğlu deyib.

Nazir bildirib ki, Türkiyə ABŞ-dakı səfirini geri çağırmayıb, yalnız məsləhətləşmələr üçün Ankaraya dəvət edib.

Qeyd edək ki, mayın 14-də Türkiyə Qəzza hadisələri ilə əlaqədar Vaşinqtondakı və Təl-Əvivdəki səfirlərini məsləhətləşmələr üçün geri çağırmışdı.(trend)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.