Rusiya öz hərbçilərini Baykonurdan çıxara bilər – “Bu istiqamətdə işlər görülür”

31-05-2018, 07:22           
Rusiya öz hərbçilərini Baykonurdan çıxara bilər – “Bu istiqamətdə işlər görülür”
Qazaxıstanın müdafiə və aerokosmik sənayesi naziri Beybut Atamkulov çərşənbə axşamı jurnalistlərə bildirib ki, hərbçilərin Baykonurdan çıxarılması barədə hələlik Qazaxıstan və Rusiya arasında danışıqlar keçirilməyib.

«Gerçəkdən, Baykonurdan hərbçilərin tamamilə çıxarılması məsələsinə Rusiyada baxılır, amma hələlik biz, konkret ikitərəfli danışıqlar aparmamışıq. Ancaq bu istiqamətdə işlər görülür. Bunun da öz müsbət tərəfləri var – o zaman açıq kosmik layihələrin cəlb edilməsi mümkün ola biləcək» – nazir bildirib.

Atamkulov qeyd edib ki, hazırda «dünyada 1000-dən artıq peyk məhz atış xidməti gözləyir».
azpolitika.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru