Türkiyə İncirliyi ABŞ-ın üzünə bağlaya bilər – «Əgər ümid tükənərsə…»

1-06-2018, 08:51           
Türkiyə İncirliyi ABŞ-ın üzünə bağlaya bilər – «Əgər ümid tükənərsə…»
Qardaş ölkənin xarici işlər naziri Mövlut Çavuşoğlu bəyan edib ki, qeyri-döst siyasət yeritdiyinə görə, Ankara İncirlik aviabazasını Amerika Birləşmiş Ştatlarının (ABŞ) üzünə bağlaya bilər.

«Biz, can atırıq ki, ABŞ-la münasibətləri tənzimləyək və onlar normallaşsın. ABŞ da Mənbic, Gülənin təhvil verilməsi mövzularında addımlar atmalıdır, digər problemlər də var. Bu barədə söhbət düşərkən, bizim xalqımız deyir: «İncirlik, Kürəcik bazalarını bağlayın». Bizim əlimizdə başqa kozırlar da var. ABŞ Türkiyə kimi bir müttəfiqi itirməməlidir. Gözləyirik ki, ABŞ özünün səhv addımlarından imtina etsin» – deyə, Çavuşlğdu «A Haber» telekanalına müsahibəsində bəyan edib.

O, qeyd edib ki, Türkiyə Mənbic problemini ABŞ-la razılaşdırılmış «yol xəritəsi»nin köməyi ilə həll etməyə ümidlidir.

«Ancaq, əgər ümid tükənərsə, o zaman Türkiyə öz gücünü göstərə bilər. Biz, azad ölkəyik – bu və ya digər addımı öz mülahizələrimiz əsasında atırıq» – deyə, nazir əlavə edib.
AzPolitika.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru