Bolqarıstanda türklərə qarşı – ŞOK ADDIM

1-06-2018, 12:36           
Bolqarıstanda türklərə qarşı – ŞOK ADDIM

Bolqarıstanın Zağara bölgəsində 51 mahalda türk-ərəb mənşəli 838 yer adı bolqar dilində yeniləri ilə əvəzlənib.
Muxalifət.az xəbər verir ki, bu barədə Əski Zağara Bələdiyyə Məclisi qərar qəbul edib.
Bolqarıstanın Baş Müftiliyi bələdiyyənin qərarına sərt reaksiya verib. Müftiliyin yayımladığı bəyanatda qərarın ölkədə 1989-cu ilə qədər iqtidarda olan devrilmiş diktator Todor Jivkov rejiminin türk və müsəlmanlara qarşı həyata keçirdiyi assimilyasiya kampaniyasını xatırlatdığı ifadə edilib.
“Dilin təbii mühitinə siyasi bir təcavüz edən qərar Bolqarıstandakı çoxmədəniyyətli cəmiyyətin dini və etnik tolerantlıq anlayışını zədələyəcək”, - bəyanatda bildirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru