Ərdoğandan mühüm "kürd dövləti" - Açıqlaması

4-06-2018, 09:38           

Heç kim kürdlər üçün dövlət axtarışına çıxmasın, Türkiyə Respublikası hamımızın dövlətidir.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"İraqda, Suriyada apardığımız mübarizə ilə əsrlərdir bizi bir-birimizə düşmən etməyə çalışanlara, müstəmləkəçi düzənə qarşı çıxırıq. Terror təşkilatlarından istifadə etməklə bizi düşmən etməyə çalışırlar. Biz "millət" deyəndə kürdləri, çərkəzləri, boşnakları, lazları da nəzərdə tuturuq. Biz "tək bayraq" deyəndə sizin də, bizim də babalarımızın canlarını fəda etdikləri mübarizənin rəmzinə diqqət çəkirik. Biz "tək vətən" deyəndə əcdadlarımızın əsrlərdir birlikdə yaşadığı 780 min kvadratkilometrlik bu torpağı nəzərdə tuturuq. Biz "tək dövlət" deyəndə ölkəmizi fəlakətin beşiyinə çevirməyə çalışan düşmən qüvvələrə qarşı duruşumuzu ifadə edirik", - Ərdoğan bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru