Türk ordusu oranı tutdu: ABŞ-ın “dəhlizi” bağlandı

5-06-2018, 13:58           

Türkiyə Silahlı Qüvvələri (TSQ) Qəndil bölgəsində terrorçulara qarşı keçirilən əməliyyatlar nəticəsində mühüm mövqelərə nəzarəti ələ keçirib.

Axar.az xəbər verir ki, artıq Qəndil dağındakı PKK bazasına 20 kilometrdən də az məsafə qalıb. Ordunun yeni əraziləri ələ keçirməsindən sonra PKK-nın ABŞ-dan silah-sursat aldığı dəhliz bağlanıb.

Terror təşkilatının liderlərinin bir qisminin artıq Avropaya qaçdığı, bir qisminin də qaçış planı hazırladığı bildirilib.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri bir müddətdir Qəndildə PKK-ya qarşı uğurlu əməliyyatlar həyata keçirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru