Keçmiş baş nazir saxlanılıb- Qırğızıstanda

6-06-2018, 00:31           

Qırğız Respublikasının keçmiş baş naziri Sapar İsakov korrupsiyada ittiham olunaraq saxlanılıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin Mətbuat xidməti məlumat yayıb.

O, ölkə paytaxtı Bişkekin İstilik Elektrik Mərkəzinin müasirləşdirilməsi zamanı baş vermiş korrupsiya ilə bağlı araşdırılan cinayət işi çərçivəsində yaşadığı ərazini tərk etməmək barədə də iltizam verib.

Qeyd edək ki, Qırğız Respublikasının parlamenti 2017-ci ilin yekunlarına görə, Sapar İsakov hökumətinə etmad göstərməyib. 40 yaşlı Siakovun başçılıq etdiyi və tərkibinə görə ən gənc Nazirlər Kabineti 2017-ci ilin sentyabrında and içib. Hökumətə etimad göstərilməməsi isə ölkə tarixində ilk hadisədir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru