İbadidən Qəndil açıqlaması - Ölkəsinin terrorçulardan təmizlənməsi ehtimalından narahat oldu

7-06-2018, 17:49           

Hurriyyet.org xəbər verir ki, İraqın baş naziri Heydər Əl İbadin Türkiyənin PKK/PYD terror təşkilatı ilə mübarizəsi zamanı İraqın suverenliyinə hörmət eləməsinin lazım olduğunu deyib.

PKK/PYD terror təşkilatına qarşı bir addım belə atmayan İraq baş naziri Türkiyənin İraq torpaqları içərisində terror yuvasına çevrilmiş Qəndildə əməliyyat aparmaq niyyətini 24 iyun seçkilərindən əvvəl seçicilərdən dəstək qazanmaq üçün verilmiş bir vəd kimi qiymətləndirərək, bu məsələdə Türkiyə ilə hərbi koordinasiyalarının olmadığını söyləyib.

İbadi deyib: “İraqın suverenliyinin pozulmasını qətiyyən qəbul etməyəcəyik”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru