ABŞ-ın müdafiə naziri türkiyəli həmkarı ilə Menbiç əməliyyatını müzakirə etdi

8-06-2018, 23:18           
ABŞ-ın müdafiə naziri türkiyəli həmkarı ilə Menbiç əməliyyatını müzakirə etdi
ABŞ müdafiə naziri Ceymz Mettis türkiyəli həmkarı Nürəttin Canikli ilə Suriyadakı əməliyyatları müzakirə edib.

TASS xəbər verir ki, bunu Pentaqonun rəsmi nümayəndəsi Dana Uayt bildirib.

Uaytın bildirdiyinə görə, hərbi rəhbərlərin görüşü Brüsseldə NATO-nun Baş Qərargahında keçirilib.

“Nazirlər Menbiç şəhərindəki vəziyyətlə əlaqədar uzunmüddətli sazişin hazırlanmasına yönəlmiş Suriya ilə bağlı birgə səyləri müzakirə ediblər; belə bir saziş Türkiyənin öz sərhədlərində təhlükəsizliyin təmin edilməsi ilə bağlı narahatlığını azalda, regionda sabitliyin bərqərar olmasına şərait yarada və əsas diqqəti İŞİD qruplaşması yaraqlılarına qarşı mübarizəninin davam etdirilməsinə yönəldə bilər”, -deyə Uayt brifinqdə söyləyib.

Mettis və Canikli eyni zamanda ikitərəfli hərbi münasibətləri müzakirə edib, müdafiə sahəsində Türkiyə-ABŞ əməkdaşlığının möhkəmləndirilməsini dəstəkləyiblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru