Ərdoğan Avropanı hədələdi: xristian-müsəlman savaşı olacaq

11-06-2018, 01:24           
Ərdoğan Avropanı hədələdi: xristian-müsəlman savaşı olacaq
Avstriyada məscidlərin bağladılması qərarı yeni bir xaç-hilal savaşına doğru aparır. Cumhuriyyet.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Onlar indi də məscidlərimizi Avstriyada bağlama hesabları, planları aparırlar. Bunun axırı nəyə doğru gedir? Qorxuram ki, bu yeni bir xaç-hilal savaşına səbəb olacaq. Avstriya Baş nazirinin atdığı addımlar dünyanı bu istiqamətdə aparır. Buna görə, xüsusən Qərb dünyası bu insanlara yol göstərməlidir. Əgər bunlar yol göstərməsələr, bu hesablar fərqli bir şəkildə həyata keçiriləcək. Oradakı din adamlarımızı Avstriyanın xaricinə atacaqlarmış. Siz bunu edəcəksiniz, biz isə bu zaman boş dayanacağıq?” – Ərdoğan bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru