Türkiyədə 5 terrorçu zərərsizləşdirilib

11-06-2018, 08:18           
Türkiyədə 5 terrorçu zərərsizləşdirilib
Türkiyədə bir neçə terrorçu zərərsizləşdirilib.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bununla bağlı əməliyyat Şırnak vilayətində, Bestler Dərələrdə keçirilib.

Məlumata görə, təhlükəsizlik qüvvələri terrorçuların mövqelərinə hava zərbələri endiriblər. Əməliyyat zamanı PKK terror qruplaşmasının 5 silahlısı məhv edilib. Bununla da iyunun 8-dən davam edən antiterror əməliyyatı zamanı məhv edilən terrorçuların sayı 19 nəfərə yüksəlib.

Bölgədəki əməliyyatın davam etdiyi bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru