Türkiyədə binada yanğının meydana gəlməsi qorxu və çaxnaşmaya səbəb oldu

11-06-2018, 08:26           

Türkiyənin Bursa şəhərində sakinlərin yaşamadığı bina içində yanğın qorxu və çaxnaşmaya səbəb oldu. Alovun yan binalara keçməməsi üçün yerli sakilərin əlindən gələni etdilər. Vətəndaşların səyi nəticəsində yanğınsöndürmə briqadasının işi xeyli asanlaşdı.

Hadisə Bursanın mərkəz Osmangazi bölgəsinin Mollafenari məhəlləsində baş verdi.

Əldə edilən məlumata görə, məlum olmayan səbəbdən gecə saatlarında kimsənin olmadığı binada yanğın baş verdi. Məhəllə sakinlərinin iddialarına görə, partlayışdan sonra bir mərtəbəli binadan alov yüksəlməyə başladı. Qısa bir müddət ərzində bütün binanı alov bürüdü və atəşin digər binalara sıçramasının qarşısını almaq üçün vətəndaşlar böyük səy göstərdilər. Hadisəni görən yerli sakinlər dərhal xilasetmə və təcili tibbi yardım xidmətlərini məlumatlandırdı. Hadisə yerinə çox sayda polis, yanğınsöndürmə qrupları və təcili tibbi yardım briqadaları cəlb edildi. Qısa müddət ərzində yanğını nəzarət altına alındı. Yanğın söndürüləndən sonra ev yararsız vəziyyətə gəldi.

Polis, yanğının səbəbini aydınlaşdırmaq üçün istintaq işinə başladı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru