Türkiyə Silahlı Qüvvələri (SQ) sərhədlərin təhlükəsizliyini təmin etmək məqsədilə İraq ərazisini tərk etməyəcək.
SalamNews-un verdiyi xəbərə görə, bunu Türkiyənin milli müdafiə naziri Nurəddin Canikli deyib.
"Türkiyənin məqsədi İraqın dağlıq rayonlarının PKK terrorçularından təmizlənməsi, həmçinin düzənlik ərazilərdə təhlükəsizlik zonalarının yaradılmasıdır", deyə o bildirib.