Türk əsgəri qovur: PKK lideri qaçır
7-07-2018, 12:40
Qəndil dağında terror yuvalarının təmizlənməsinə yönəlik əməliyyatlar PKK terror təşkilatını təşvişə salıb.
Cebhe.info Tükiyə mətbuatına istinadən bildirir ki, terrorçuların lideri Murad Qarailan ratsiyalarla terrorçulara müraciət edərək Zaqrosu tərk etməməyə çağırıb.
Cebhe.info xəbər verir ki, Qəndilə doğru irəliləyən türkiyəli hərbçilərin əməliyyatı uğurla davam edir. Türk əsgəri İraq-Türkiyə sərhədindən 40 km içəri daxil olaraq təhlükəsiz dəhliz yaradıb. Beləliklə də sərhəd bölgələrindəki polis məntəqələrinə PKK hücumlarının arası kəsilib.
PKK-nin Qəndildəki lideri Murad Qarailan ratsiya danışıqlarında təhlükənin miqyası bardə məlumat verib.
Bildirib ki, Zap və Qəndil başda olmaqla İran və İraqdakı bazaların yerləşdiyi bölgələr təhdid altındadır. PKK lideri türk əsgərinin əməliyyatının daha geniş ərazini əhatə edəcəyini deyərək "Zaqros gedərsə, Qəndil də, Zap da gedər, nə bahasına olursa-olsun ərazini təkr etməyin", -deyib. Amma bununla belə özünün tez-tez yer dəyişdirdiyi də danışıqlardan bəlli olub.