Qızının toyuna hazırlaşan ata pəncərədən yıxılaraq həyatını itirdi 9-07-2018, 01:24 Türkiyədə qızının toyuna hazırlaşan ata pəncərədən yıxılaraq həyatını itirib.Moderator.az xəbər verir ki, qızının xına gecəsindən əvvəl evdəki təmizlik işlərinə kömək edən 55 yaşlı ata şüşə silərkən 6-cı mərtəbədən yıxılıb. İlk müdaxilə edildikdən sonra xəstəxanaya aparılan adam həkimlərin bütün səylərinə baxmayaraq xilas edilə bilməyib. Facebook-da paylaş