Baxçalının əlinin öpülməsi Türkiyədə qalmaqal yaratdı

9-07-2018, 02:12           
Baxçalının əlinin öpülməsi Türkiyədə qalmaqal yaratdı
Türkiyənin Böyük Millət Məclisində (TBMM) andiçmə mərasimində İYİ Partiyasından olan bəzi millət vəkillərinin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının əlini öpməsi İYİ-nin başçısı Meral Akşener tərəfindən qəzəblə qarşılanıb.

Virtualaz.org-un yerli KİV-ə istinadla məlumatına görə, Akşener millət vəkillərindən partiyanın prinsiplərinə riayət etməyi tələb edib.

“Mən siyasi nəzakəti yaxşı bilirəm. Ancaq bu, siyasi nəzakət deyil. Partiyamıza FETÖ-çü deyən, hətta partiya sədrinin namusuna belə söz deyənlərə hörmət göstərmək siyasi nəzakət deyil. Prinsiplərimizə riayət edənlər bizimlə ola bilər. Riayət edə bilməyənlər dərhal İYİ Partiyasını tərk etsinlər”, – o deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru