Toyda insident: fotoqraf bəyin burnunu sındırdı: - Şok səbəb/Foto

9-07-2018, 21:40           
Toyda insident: fotoqraf bəyin burnunu sındırdı: - Şok səbəb/Foto
Türkiyənin Malatya şəhərində gəlinin azyaşlı olduğunu görən fotoqraf bəyin burnunu sındırıb.
Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, Onur Albayraq adlı fotoqraf toy fotosessiyası zamanı gəlinin 15 yaşında olduğunu öyrənəndən sonra çəkilişdən imtina edib. Bəyin narazılığı mübahisə ilə yekunlaşıb. O, fotoqrafdan razılaşmaya əsasən, foto çəkməsini tələb edib. Gəlinin azyaşlı olduğunu əsas gətirərək, buna etiraz edən fotoqrafla bəy arasında mübahisə düşüb, əlbəyaxa dava zamanı bəyin burnu sınıb.
Onur Albayraq sosial şəbəkələrdə “Fotoqrafdan bəyə mənalı sillə” başlığı ilə yayılan məlumatın doğru olduğunu təsdiqləyib: “İki gündür bu xəbərə görə mənə zəng edən və yazanlara təşəkkür edirəm. Təəssüf ki, belə bir hadisə baş verib. Kaş ki, olmasaydı. Bir daha olsa, eyni cür hərəkət edəcəyəm. Mənim gözümdə uşaq gəlin uşaqların istismarı deməkdir. Heç bir qüvvə mənə o uşağın gəlinlikdə fotosunu çəkdirə bilməz. Uşaqların saçına duvaq taxılmaz, güllərlə bəzədilmiş tac taxılar”.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru