Ərdoğanın andiçməsinə qatıldı, baş nazir əsəbiləşdi
11-07-2018, 00:57
Yunanıstan Baş naziri Aleksis Çipras ölkənin ana müxalifət partiyası Yeni Demokratiyanın lideri Dora Bakoyanninin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmərasiminə qatılmasını sərt tənqid edib.
Axar.az xəbər verir ki, baş nazir müxalif liderinin hökumətlə məsləhətləşmədən bu addımı atmasını qəbul etməyib.
“İki əsgərimiz 4 aydır ki, Türkiyədə saxlanılır. Yunan siyasilərinin Türkiyədəki siyasi şoulara qatılmasının bizim problemlərimizə heç bir qatqısı ola bilməz”, - deyə Çipras bildirib.