Baxçalı partiyanın dollarını lirəyə çevirməyi tapşırdı –MHP-dən hökumətə dəstək

11-08-2018, 22:26           
Baxçalı partiyanın dollarını lirəyə çevirməyi tapşırdı –MHP-dən hökumətə dəstək
Türkiyədə ABŞ dollarının məzənnəsinin sürətlə artaraq lirənin bir gündə 16 faizdən çox dəyər itirdiyi bir vaxtda siyasətçilər yaranmış vəziyyətdən çıxış yolları axtarırlar.

Türkiyə KİV-lərinin yaydığıməlumata görə, müxalifət partiyaları da hökumətlə eyni mövqedədir və lirənin dəyərdən düşməsinin iqtisadi səbəblərlə deyil, ABŞ-ın qəsd planı ilə bağlı olduğuna inanırlar. AKP illə müttəfiq olan MHP isə vəziyyətdən orijinal çıxış yolu tapıb. Partiyanın lideri Dövlət Baxçalı MHP-yə dövlət büdcəsindən ayılan illik yardımlardan dollarla saxlanılanı varsa, onu lirəyə çevirmək təlimatı verib.

Bundan əvvəl Baxçalı “ABŞ-ın qəsd planına qarşı birləşmək” çağırışı etmişdi. Bildirilir ki, Baxçalı partiyanın maliyyə işləri üzrə səlahiyyətlisi Mövlut Karakayaya partiyanın dollarlarını gələn həftənin bazar ertəsindən etibarən lirəyə çevirmək təlimatı verib.

Xatırladaq ki, prezident Rəcəb Tayyib Ərdoan ötən gün əhalini yastıq altındakı dollarları lirəyə dəyişməyə çağırmışdı. Prezident bildirib ki, “dollar, mollar onları dayandıra bilməz” və Türkiyə bu situasiyadan da qalib çıxacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru