Səhər yeməyindən imtina hansı fəsadlar törədir?

26-04-2019, 08:27           
Səhər yeməyindən imtina hansı fəsadlar törədir?
Aparılan tədqiqatda səhər yeməyinin tərkibi nəzərə alınmayıb

Səhər yeməyindən imtina ürək-damar xəstəliklərindən ölmə riskinin artması ilə düz mütənasibdir. Sputnik Azərbaycan xəbər verir ki, müvafiq tədqiqatın nəticələri Amerika Kardioloqlar Kollecinin jurnalında çap olunub.

Mütəxəssislər National Health and Nutrition Examination Survey proqramı çərçivəsində keçirilmiş sorğuların nəticələrini təhlil ediblər. Sorğularda 40-75 yaşları arasında 6,5 mindən artıq amerikalı iştirak edib. Sorğular 1988-1994-cü illərdə keçirilib.

Məlum olub ki, uzun müddət ərzində səhər yeməklərindən imtina edən insanlar piylənməyə, xolesterinin səviyyəsinin, qan təzyiqinin artmasına, həmçinin ikinci tip şəkər diabeti və metabolizmə meylli olurlar. Bu amillər öz növbəsində ürək-damar xəstəliklərinin inkişafına təsir göstərirlər.

Mütəxəssislər vurğulayırlar ki, tədqiqatda səhər yeməyinin tərkibi nəzərə alınmayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.