Cahangir Rüstəmovun gördüyü işlərin bir faizini görməyənlər sifariş qullarına çevriliblər

15-05-2019, 19:20           
Cahangir Rüstəmovun gördüyü işlərin bir faizini görməyənlər sifariş qullarına çevriliblər
Şəfayət Avılbəyli
Cahangir Rüstəmovun gördüyü işlərin 1faizini belə görə bilməyənlər bu gün sifariş qullarına çevriliblər
Yerindən duran müxbir olub.Belə cəfəngiyyat,belə saxtakarlıq,belə rüsvayçılıq olar?. .Gah Mübariz İbrahimovu təhqir edirlər, gah Cahangir Rüstəmovu, gah da digər canını bu torpaqlar uğrunda fəda edən şəhid oğullarımızı.

Kimlərdir bunlar? Bu tapşırıqları hardan alırlar?

Cahangir Rüstəmovun komandir olduğu dövlərdə nələr yaşanıb, bunu sadəcə onunla çiyin-çiyinə torpaqları müdafiə edən igid oğullar bilər.Və birmənalı deyə bilərəm ki, Cahangir Rüstəmovun gördüyü işlərin 1faizini belə görə bilməyənlər bu gün sifariş qullarına çevriliblər. Nədən?..


Cahangir Rüstəmov
Guya bilmirlər ki, Cahangir Rüstəmov kim olub? Guya bilmirlər ki, Cahangir Rüstəmovun xidməti maşınına partlayıcı niyə qoyuldu? Daha sonra onun işini araşdıran müstəntiqin avtomobili nə üçün qəzaya düşdü? Ayıb,ayıb! Bunlar tarixdi.

Cahangir Rüstəmov kimi sərkərdələri tarix az-az yaradır. Elə şeylər var ki,müqəddəsdir.Onlara toxunmaq olmaz. Baxın Sarkisyan terroçu “qəhrəmanının” qəbrini ziyarətə gəlir. Amma biz canını vətən yolunda qoyan Cahangir Rüstəmov kimi oğullarımızın qəhrəmanlıqlarına gölgə salırıq.

Hara gedirik? Nəyə nail olmaq istəyirik? Bunu yazanlar açıq aydın yazmalıdır ki,bu millətin qəhrəmanlıqlarına gölgə salaraq gələcək nəsillərin beynini niyə korlaşdıqlarını. Əgər bu gün kimsə özündə cəsarət tapıb özünü media işçisi kimi qələmə verirsə,yaxud canında milli qan axırsa birinci qəhrəman şəhidlərimizin keçdiyi döyüş yolundan yazmalıdır.

Əgər, yox cəfəngiyyat yazmağa qalxırsa, deməli hardasa satqınlığı var. Bu millətin qəhrəmanına dil uzadanların dili kəsilməli idi vaxtında…

Əks halda keçmişimizdən bu günümüzə örnək olacaq bir nümunə qalmayacaq. Bu gün orta məktəblərdə Mübariz İbrahimovun, Cahangir Rüstəmovun və neçə neçə şəhidlərimizin qəhrəmanlıq dolu fəaliyyətindən danışılmalı, gənclərimizə vətənpərvərlik ruhunda böyümələrinə stimul verilməli olduğu halda, hansısa bir psixoloq, yaxud satılmış adamların ağılalmaz şər və böhtanları ilə qarşı-qarşıyayıq.

Şəfayət Avılbəyli












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.