Türkiyədən mənzil alan Azərbaycan vətəndaşlarının sayı azalıb
Bu gün, 15:24
Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatına görə, bu ilin avqust ayında əcnəbilərə 1 810 mənzil satılıb. Avqust ayında Azərbaycan vətəndaşları Türkiyədə 77 mənzil əldə edib və ən çox mənzil alan 10 ölkə arasında 6-cı sırada qərarlaşıb.
Bu göstərici ötən ilin eyni ayı ilə müqayisədə 14,4 faiz azalma deməkdir. Qeyd edək ki, iyul ayında əcnəbilərə 1 913 mənzil satılıb, onlardan 93-ü Azərbaycan vətəndaşlarının payına düşüb.
Avqustda əcnəbilər arasında Türkiyədə ən çox mənzil alanlar Rusiya vətəndaşları olub – 283 mənzil. Onları 155 mənzillə İran, 118 mənzillə Almaniya vətəndaşları izləyib.
Əcnəbilərə mənzil satışının ən yüksək olduğu şəhərlər sırasına isə İstanbul (671 mənzil), Antalya (576 mənzil) və Mersin (123 mənzil) daxil olub.
Bu ilin ilk 7 ayında azərbaycanlıların Türkiyədən mənzil alışı aşağıdakı kimi olub: