Bu insanlara XƏBƏRDARLIQ: Xərcəng riskini ən azı iki dəfə artırır

13-08-2019, 10:05           
Bu insanlara XƏBƏRDARLIQ: Xərcəng riskini ən azı iki dəfə artırır
Böyük Britaniyada Bristol Universitetinin alimləri aydınlaşdırıblar ki, artıq çəki və piylənmə xərçəngin inkişafı riskini ən azı iki dəfə yüksəldir.

Publika.az xəbər verir ki, bu haqda “MedicalXpress”in açıqlamasında deyilir.

Tədqiqatçılar piylənmə ilə əlaqəsi göstərilən xərçəngin səkkiz tipinin şiş toxumalarında genlərin fəallığını müəyyən ediblər. Sonra mütəxəssislər Mendel randomizasiyası metodundan istifadə ediblər. Metod xəstəliyin inkişafında bu və ya digər amilin rolunu müəyyən etməyə imkan verir, yəni səbəb-nəticə qarşılıqlı əlaqəsini aşkar edir.

Alimlər artıq çəki və piylənmə ilə xərçəngin inkişafı riski arasında birbaşa əlaqəni aşkar ediblər.

Qiymətləndirmələrə görə, artıq çəki inkişaf etmiş ölkələrdə xərçəng hallarının 6 faizinin səbəbidir. Ancaq yeni tədqiqatın nəticələri göstərdi ki, bu göstərici daha çoxdur.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.