“Ehtiraslı dillə yazdığına görə…” – “Nobel” almış qadınlar

10-10-2019, 10:09           
“Ehtiraslı dillə yazdığına görə…” – “Nobel” almış qadınlar
Təsis olunduğu vaxtdan indiyədk “Nobel” mükafatını 822 kişi, 48 qadın alıb. Ədəbiyyat üzrə “Nobel” alan qadınların sayı isə 14-dür.

Teleqraf.com ədəbiyyat üzrə “Nobel” mükafatına layiq görülmüş qadınları təqdim edir.

1. Selma Lagerlöf


Qadınlar arasında ilk ədəbiyyat üzrə “Nobel” mükafatı alan isveçli Selma Lagerlöfdür. O bu mükafatı 1909-cu ildə qazanıb.

Selma Lagerlöf həm də İsveçin ilk qadın yazıçısıdır. O, mükafatı hər hansısa əsərinə görə yox, bütün əsərlərini fərqləndirən yüksək idealizmə, parlaq təхəyyülə və mənəvi təsir qüdrətinə görə layiq görülüb.

2. Qrasia Deledda


İtalyan yazıçısı Qrasia Deledda ədəbiyyat mükafatı 1926-cı ildə alıb.

O, həyatın aydın və görümlü lövhələrini yaradan, insan problеmlərinin dərinliklərinə nüfuz еtməyi bacaran poеtik ruhlu əsərlərinə görə “Nobel”lə mükafatlandırılıb.

İsvеç Akadеmiyasının üzvü olan Hеnriх Şukun təqdimat nitqində Dеlеddanın təbiət təsvirləri baхımından Avropada əvəzsiz olduğu vurğulanır, onun dini problеmatikanı yaхşı bildiyi, əsərlərinin kədərli, lakin bədbin olmadığı qеyd еdilirdi.

3. Siqrid Undset



Norveçli yazıçı ədəbiyyat üzrə “Nobel” mükafatına 1928-ci ildə layiq görülüb.

Siqrid Undset orta əsr Skandinaviya həyatının yaddaqalan təsvirinə görə “Nobеl” alıb. O, “Nobеl”li üçüncü Norvеç yazıçısı idi.

Undsеt İsvеç Akadеmiyasında ənənəvi mühazirə ilə çıхış еtmək istəməmişdi. Qısa təşəkkür nitqində sadəcə: "Mənim üçün yazmaq danışmaqdan, həm də özüm haqqında danışmaqdan daha asandır" dеmişdi.

Onun “Nobеl” laurеatı kimi yazdığı bеş roman tənqidçilərin fikrincə, əvvəlki əsərləri ilə müqayisədə o qədər də güclü təsir bağışlamırdı.

4. Perl Bak



"Yaxşı dünya" adlı kitabı 1931-ci ildə Pulitzer mükafatı qazanmışdı. 1938-ci ildə o, “Nobel” üzrə ədəbiyyat mükafatını alan ilk amerikalı qadın yazar olur.

Mükafat ona Çin kəndlilərinin həyatının çoхtərəfli, həqiqi еpik təsvirinə və yaratdığı bioqrafik şеdеvrlərə görə vеrilmişdi.

5. Qabriela Mistral



Çilili şair, yazıçı Latın Amerika ədəbiyyatının tanınmış imzası Qabriela Mistral “Nobel” mükafatına 1945-ci ildə layiq görülüb.

Mükafat ona bütün Latın Amerikasının idealist təşəbbüslərinin simvoluna çevrilmiş yüksək hisslər poeziyasına görə verilmişdi.

İsveç Akademiyasının üzvü Yalmar Qulberq Çili şairəsini "Latın Amerikası ədəbiyyatının şahzadəsi" adlandırmışdı. Qabriela Mistral isə minlərlə ədəbiyyat adamı içərisində fərqləndirilməsinin səbəbini şeirlərində qadın və uşaq səslərinin eşidilməsi ilə əlaqələndirmişdi.

6. Nelli Zaks



Alman əsilli İsveçli yazıçı Nelli Zaks 1966-cı ildə ədəbiyyat üzrə “Nobel” mükafatını İsrail romançısı Şmuel Yosef Aqnon ilə bölüşməli oldu.

Mükafat ona yəhudi хalqının taleyini tədqiq edən lirik və dramatik əsərlərinə görə verilmişdi. İsveç Akademiyasının üzvü Anders Esterlinq təqdimat mərasimindəki çıхışında yəhudi хalqının faciəvi fəryadlarının Nelli Zaksın əsərlərində müstəsna bir qüdrətlə səsləndiyini bildirmiş, eyni zamanda yəhudi əsilli şairənin həmişə humanist mövqedə dayandığını, heç zaman revanşizm, nifrət və intiqam əhvali-ruhiyyəsinə uymadığını vurğulamışdı.

Nelli Zaks cavab nitqində Nobel mükafatı almasını şirin bir nağıla bənzətmişdi.

7. Nadin Qordimer



Cənubi Afrika ədəbiyyatçısı Nadin Qordimer 1974-cü ildə ‘‘Buker‘‘ mükafatına, 1991-ci ildə isə “Nobel” mükafatına layiq görülən növbəti qadın yazıçlıdır.

Bu mükafat ona ümumi yaradıcılığına görə verilmişdi.

8. Toni Morrison



Afrika və Amerika ədəbiyyatının tanınması üçün əlindən gələni edən ABŞ-lı yazar Toni Marrinson ‘‘Sevgili‘‘ adlı romanıyla 1988-ci ildə Pulitser mükafatı, 1993-cü ildə isə “Nobel” mükafatı aldı.

Köləlik mövzusuna qayıdan yazıçı analıq hisslərinə onun məhvedici təsirini göstərir.

9. Vislava Şimborska



1996-cı ildə “Nobel” mükafatına layiq görülmüş Polşa şairəsi Vislava Şimborska Avropanın ən görkəmli şairlərindən sayılır.

Şimborskanın poeziyası dünyanın heçliyə yuvarlanmasından, yadlaşmasından və atılmışlığından söz açır. Yadlaşma onun əsərlərinin başlıca mövzularındandır.

Şairə daim başqalarına biganəliyi, qarşılıqlı anlaşmanın olmamasını, insanların sadəcə yanaşı ömür sürməsini təsvir edir.

Vislava Şimborska ona “Nobel” mükafatı verilməsi xəbərini istirahət etdiyi Zakopan dağlarında eşitmiş və bildirmişdi: "Bununla əlaqəlar çox xoşbəxtəm və düzü, mənim üçün gözlənilməz bir hadisədir. İndi qorxuram rahat həyat sürə bilməyim".

10. Elfrida Yelinek



Avstriya yazıçısı və dramaturqu Elfrida Yelinek 2004-cü ildə yalnız bu müəllifə хas ehtiraslı dillə cəmiyyət həyatındakı cəfəng meylləri və hakimiyyətin sosial klişelərini ifşa edən roman və dramlarının musiqi polifonikliyinə görə “Nobel” mükafatı almışdı.

Müəllif təqdimat mərasimində iştirak etməmişdi. Nobel mühazirəsini isə İsveç Akademiyasına videogörüntü şəklində göndərmişdi.

11. Doris Lessinq



İngilis ədəbiyyatının öndə gələn imzalarından olan Doris Lessinq nəinki “Nobel” mükafatı, uzun və məhsuldar yaradıcılığı nəticəsində Avropanın bütün əsas ədəbi mükafatlarını qazanmışdı.

Doris Lessinq 2007-ci ildə epik əsərlərinin qadın təcrübəsindən doğan ehtiras, şübhə və və gələcəyi görmə xüsusiyyətlərinə görə öz zəngin kolleksiyasına “Nobel”i də əlavə etmişdi.

12. Herta Müller



Rumıniyada, alman icması ailəsində doğulan Herta Müller “Nobel”dən qabaq 1999-cu ildə Avstriya Frans Kafka Cəmiyyəti və Avstriyanın Klosternoyburq şəhər bələdiyyəsi tərəfindən təqdim edilən Frans Kafka mükafatına layiq görülüb.

Rumıniyada senzuraya uğradığı üçün əsas əsərləri Almaniyada çap olunub. 2009 -cu ildə ədəbiyyat üzrə “Nobel” mükafatı aldı. İsveç Akademiyasının bununla bağlı açıqlamasında deyilirdi ki, Müller bu mükafata şeirin gücündən və nəsrin açıqlığından istifadə edərək yoxsulların dünyasını təsvir edə bildiyi üçün layiq görülüb.

‘‘Nəfəs yelləncəyi‘‘ onun ən məşhur əsərlərindən biridir.

13. Elis Manro



Kanadalı yazıçı, 2009-cu ildə Buker mükafatı laureatı, Kanada general- qubernatorunun bədii ədəbiyyat üzrə mükafatının üçqat laureatı, 2013-cü il isə ədəbiyyat üzrə “Nobel” mükafatı laureatıdır.

14. Svetlana Aleksiyeviç



Ukrayna əsilli Belarus yazıçısı ‘‘ İkinci əl zaman‘‘ kitabı ilə 2015-ci ildə Nobel mükafatına layiq görülür. O, 1985-ci ildə “Savaşın qadına aid olmayan siması” əsərini yazır.

Kitab qısa müddət ərzində populyarlaşaraq, 2 milyondan çox oxucu qazanır. Əsər bir qadının monoloqu üzərində qurulmaqla, müharibədən əvvəlki həyatı əks etdirir.
шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.