"Dedim ki, oğul, sənin yolunda qurumsaq, yaltaq, üzəduran olacağam, yetər ki, sən..."

12-11-2019, 08:46           
"Dedim ki, oğul, sənin yolunda qurumsaq, yaltaq, üzəduran olacağam, yetər ki, sən..."
Bu gün BDU-nun həndəvərində təsadüfən ünsiyyətə girdiyim akademik olmağa hazırlaşan bir professor həmkara deyirəm ki, professor, biz elmə gələn gənclər qarşısında bir çox həqiqətləri etiraf etməliyik. Qayıdıb deyir: "Nə danışırsan, ay qardaş? Onları ayıldıb qudurdarıq, bizi saymazlar. Qoy elə bizi əlçatmaz bilsinlər, Allaha dua etsinlər ki, kaş o professorun, ya akademikin əli əlimizə dəyəydi... Yenə onların avamlığından istifadə edib ölkənin bu ağır vaxtında ailə-uşaqlarımızı dolandırırıq. Təkcə Avropada oxuyan oğlum Nihadın ayına 2000 & göndərirəm. Demişəm ki, oğul, sənin yolunda hər cəfaya qatlaşacağam, qurumsaq, yaltaq, əclaf, üzəduran olacağam, yetər ki, sən bu vilayətdən uzaqlaş. Onsuz da özbaşınalıqdır, qapan qapanadır. Guya, yuxarılarda bilmirlər ki, aldığımız maaşla dolanmaq olmaz? Ay qardaş, rüşvət qeyri-qanuni legitimləşdirilib. Sən lap Nikolaydan qalmasan. Almırsan, vermirsən. O günü məndən 200 AZN borc aldın. Guya sən təmizsən? Mən natəmiz yolla qazanmışam. Onda niyə məndən borc aldın? Ona görə də bu cəmiyyətdə halal adam yoxdur. Məmurlar milyonları talayır, sən haqdan danışırsan. Palaza bürün, elinən sürün. Harada dağılar, dağılsın. Çalış, pul qazan, uşağını bu məmləkətdən çıxar. Bizim yaşımız keçib, burada ölsək də olar. Bir də heç görmüsən ki, rüşvət və fırıldaqla özünə yaxşı gün ağlayan hansısa alimi-kəbiri cəzalandırsınlar?"



Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri,

filologiya üzrə elmlər doktoru, professor İdris ABBASOV/Hürriyyet.org/












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.