ABŞ-da məktəbdə baş vermiş atışmanın bəzi təfərrüatları məlum olub - VİDEO

15-11-2019, 08:24           
ABŞ-da məktəbdə baş vermiş atışmanın bəzi təfərrüatları məlum olub - VİDEO
ABŞ-ın Kaliforniya ştatının Santa-Klarita şəhərindəki məktəbdə atəş açan gənclə bağlı bəzi təfərrüatlar məlum olub.

"Report" xəbər verir ki, bu barədə "Los Angeles Times" qəzeti yazıb.

Qeyd edilir ki, o, həmin gün özünün 16 yaşını qeyd edib.

Los-Anceles dairəsinin polis şerifi Aleks Villanueva daha əvvəl bildirib ki, hüquq-mühafizə orqanları bu məktəbdə oxuyan 16 yaşlı gəncdən şübhələnirlər.

Şübhəli şəxs "Saugus High School" məktəbinin ərazisində ətrafdakılara atəş açıb, nəticədə beş nəfəri yaralayıb. O, sonra özünə atəş açıb. Hadisə zamanı 2 nəfər həlak olub.

Cinayəti törədən şəxs ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hadisənin başvermə səbəbi araşdırılır.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.