Ermənilər “Arşın mal alan”-ı necə oğurladılar

18-11-2019, 09:33           
Ermənilər “Arşın mal alan”-ı necə oğurladılar
1915-ci ildə Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettasının Eriksyanın teatrında erməni dilində ilk tamaşası olur. Tamaşanın uğurlu olmasının səbəbi o olur ki, Ü.Hacıbəyovun yaradıcılığına Maqalyanla yanaşı, digər mədəniyyət işbazları –Q.Pumyan, S.Torosyan, İ.Voskasyan, A.Aremenyan da bu barədə müraciət edirlər.
1916-cı ildən ermənilər afişalarda Ü.Hacıbəyovun adını “unutmağa” başlayırlar. İlk dəfə belə hadisə erməni truppasının Vladiqafqaza səfəri zamanı baş verir.
Ü.Hacıbəyov özünün operettasının erməni plagiatorlar tərəfindən mənimsənildiyini gördükdə qəzetdə elan dərc etdirməyə məcbur olmuş, “Aşıq Qərib” operası və “Arşın mal alan” operettası müəllifliyinin hüquqlarının qorunması naminə Qafqazdakı, Türküstan, Həştərxan, və azərbaycandakı bütün yerli fəalları ona köməklik göstərməyə çağırmışdır. Görkəmli bəstəkar Müslim Maqomayev (M.Maqomayevin babası) 1919-cu il, fevralın 8-də “Azərbaycan” qəzetində yazır:
“....Vladiqafqazda bütün afişalarda “Arşın mal alan” tamaşasının müəllifi olan Üzeyir bəyin adı göstərilməmişdir. Bir erməni incəsənət xadimi mənə sübut etməyə çalışırdı ki, guya “Arşın mal alan” qədim dövrlərdə ermənilər tərəfindən yazılmışdır...Bu rüsvayçılığa son son qoymağın vaxtı daha çatmışdır”
Bu barədə 1924-cü ildə Üzeyir Hacıbəyov Nyu-Yorkdan violençelçi, professor Okorkovdan məktub alır. Məktubda deyilir: “... “Arşın mal alan” burada hər yerdə və hər yanda göstərilir. Sizin əsəriniz Amerikada olduqca böyük müvəffəqiyyə malikdir. Mənə aydın olmayan Maqalyan adlı birisi bu operettanı özününki kimi qələmə verir və çox böyük məbləğdə pul qazanır. Maqalyan o qədər varlanmışdır ki, özünə böyük bir imarət tikdirmiş və onun frontonunda iri hərflərlə “Arşın mal alan” söxlərini yazdırmışdır. Sizin müəlliflik hüquqlarınızı qorumaq üçün mən artıq vəkillərlə danışıb razılığa gəlmişəm. Mənə etimadnamə göndərin”...
A.Hacıyeva. “Как украли Аршин мал алан”шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.