“Sovetski” sakinlərini aldadan qadınlar Ali Məhkəməyə müraciət ediblər

7-12-2019, 10:39           
“Sovetski” sakinlərini aldadan qadınlar Ali Məhkəməyə müraciət ediblər
“Sovetski” sakinlərini aldadan qadınlar Ali Məhkəməyə müraciət ediblər
Bakıda vətəndaşlara qarşı müxtəlif yollarla dələduzluq etməkdə təqsirləndirilən İradə Cəfərli və Yeganə Məmmədova barəsində olan hökmdən kassasiya şikayəti verilib.

"Report"un xəbərinə görə, Ali Məhkəməyə müraciət edən qadınlar barələrində bəraət hökmünün çıxarılmasını istəyirlər.

Şikayət hakim Fərhad Kərimovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

İttihama görə, onlar müxtəlif adlarla 12 nəfəri aldadaraq yarım milyondan çox vəsait ələ keçiriblər. Belə ki, İ.Cəfərli və Y.Məmmədova evləri plana düşən “Sovetski” sakinlərinə banklarda girov olan və hərracda ucuz qiymətə satılan evlər tapacağı vədini veriblər. Bundan başqa, aldadılanlar sırasında şəhid olmuş oğluna görə dövlətin verməli olduğu sığorta pulunu almaq istəyən anadan tutmuş, bacısını həbsxanadan çıxarmağa çalışan, mərhum həyat yoldaşının əmlakı ilə bağlı sənədləşməni yoluna qoymaq istəyənlər də var.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Cəfərli 7 il 7 ay, Y.Məmmədova isə 9 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsi onların barəsindəki hökmü dəyişdirmədən qüvvədə saxlayıb.

Xatırladaq ki, İradə Cəfərli 2016-cı ildə də dələduzluğa görə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.