Bakıda və 30 şəhərdə terakt təşkil edən Xalid Məhəmmədin – Şok dosyesi

14-12-2019, 09:44           
Bakıda və 30 şəhərdə terakt təşkil edən Xalid Məhəmmədin – Şok dosyesi
Hazırda ömürlük həbsdə olan, dünyada ən azı 31 terror aktında adı keçən (bəzilər baş tutbayıb) Xalid Şeyx Məhəmmədin cinayətlər əməlləri illər keçdikdə açılmaqda davam edir.

Teleqraf.com bu dəhşətli terrorçunun dosyesini təqdim edir:

Xalid Şeyx Məhəmməd 1964-cü il martın 1-də Pakistanda doğulub. Onun keçmişi ilə bağlı informasiyalara yalnız ABŞ-ın federal hökumətinə aid raportlarda rast gəlmək mümkündür.

Bəzi qaynaqlar onun Küveytdə Pakistan kökənli ailədə doğulduğunu, Küveytdə liseydə oxuduğunu, habelə mediada “Müsəlman qardaşları” ilə bağlı informasiyalardan təsirlənərək cihada qoşulmaq niyyətinə düşdüyünü iddia edir.

Qeyri-rəsmi məlumatlara görə, Xalid Şeyx Məhəmməd 16 yaşında “Müsəlman qardaşları” hərəkatına qatılıb. 1983-cü ildə lisey məzunu olub və ABŞ-a gedib. Karolina ştatındakı Chovan Universitetinə daxil olub və 1986-cı ildə oranı bitirib. Viza müddətinin başa çatması ilə əlaqədar Pakistana qayıdıb.

Zorakılığa əsaslanan cihadı dəstəkləmək üçün “Müsəlman qardaşları”ndan ayrılıb. Qardaşları Zahid və Abidlə birlikdə Əfqanıstanda SSRİ-yə qarşı dirəniş göstərən mücahidlərə qoşulub. Abdullah Azzam tərəfindən qurulan düşərgədə təcrübə keçib. 1987-ci ildə Yaponiyada Maruzen adlı şirkətdə mühəndis kimi işləyib, amma bir ay sonra Əfqanıstana qayıdıb. 4 aydan sonra qardaşı Abid ilə birlikdə Pakistana gedib. Paşaver şəhərində müəllimlik edən Şeyx Məhəmməd 1992-ci ildə Pəncab Universitetində islam mədəniyyəti və tarixini öyrənib. 1993-cü ildə Qətərdə Elektrik və Su Nazirliyində layihə mühəndisi olaraq işləyib və burada evlənib.

Qətərdə 1996-cı ilə qədər işləyib, daha sonra Bosniya-Hersoqovinaya gedib. Adı çəkilən ölkənin xüsusi xidmət orqanının əməkdaşı “Fokus” qəzetinə deyib ki, Şeyx Məhəmməd 1995-ci ildə könüllü olaraq buraya gəlib və “Müsəlman qardaşları”na bağlı humanitar təşkilatda çalışıb. Burada vətəndaşlıq alıb.

1996-cı ildə Dünya Ticarət Mərkəzinə hücumda əli olduğuna görə, ABŞ kəşfiyyatı tərəfindən axtarıldığını bilib və buna görə Pakistana qaçıb. Əvvəl Pakistanın Kəraçi şəhərində gizlənib, sonra Əfqanıstana keçib. Və burada Usama bin Ladenin lideri olduğu “Əl-Qaidə” terror təşkilatına qoşulub.



1999-cu ildə “Əl-Qaidə”nin Qəndəhardakı media komitəsinə rəhbərlik edib. Faktiki olaraq terror təşkilatının təbliğatı ona tapşırılıb.

2003-cü ildə Pakistan xüsusi xidmət orqanları bəyan edib ki, Xalid Şeyx Məhəmmədi Ravalpind şəhərində keçirilən əməliyyat sayəsində tutublar. Qeyri-rəsmi iddialara görə, bu əməliyyatda Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və Federal Təhqiqatlar Bürosunun (FTB) nümayəndələri də iştirak edib.

Pakistanın sabiq prezidenti Pərviz Müşərrəf öz xatirlərində qeyd edir ki, Şeyx Məhəmməd həbs edildikdə 3 gün müddətində pakistanlı mütəxəssislər tərəfindən dindirilib, daha sonra ABŞ-a təhvil verilib. Onu Əfqanıstandakı MKİ-nin məxfi həbsxanasında dindiriblər.

Sorğu zamanı ABŞ-da hər hansı bir hadisənin baş verəcəyi təqdirdə övladlarının öldürüləcəyi təhdidinə Məhəmmədin “daha gözəl bir yerdə Allaha qovuşacaqlar” cavabını verdiyi məlumdur.

Terrorçu daha sonra Polşada olan MKİ-nin məxfi həbsxanasına etap olunub.

2006-cı ildə Qırmızı Xaç Komitəsinin rəsmilərinin verdiyi açıqlamaya görə, Məhəmmədə xüsusi paltar geyindirilib, gözləri bağlı, qulaqlarına səs keçirməyən qulaqcıq taxılıb, əl və ayaqları bağlı masada saxlanılıb. Hətta onun çılpaq formada kiçik otaqda saxlanıldığı, onu dindirən həkim və psixoloq tərəfindən 24 saat müşahidə altında tutulduğu da qeyd olunur.

Onun özü burada MKİ-nin üç mütəxəssisi tərəfindən dindirildiyini, bu zaman ona qarşı texniki aparatlardan istifadə olunduğu və onu sorğulayan şəxslərə Vaşinqtondan yaşıl işıq yandırıldığını, habelə özünü ağır günlər gözlədiyini qeyd edib.

Terrorçu onu sorğulayanlarla əməkdaşlıq etmədiyi zamanlar döyüldüyünü, soyuq suya salındığını da deyib. Yalnız ilk dəfə “əməkdaşlıq” etdiyi üçün ona yemək verildiyini qeyd edib, bildirib ki, su içməkdən imtina etdiyi halda ona məcburi su içiriblər. Onun özü Qırmızı Xaç Komitəsinin nümayəndələrinə bildirib ki, bəzən canını qurtarmaq üçün yalan danışıb və yalan məlumatlar verib.



2008-ci ildə “Vamtiy Fair” dərgisinə danışan sabiq MKİ səlahiyyətlisi qeyd edib ki, Məhəmmədin onlara verdiyi bilgilərin 90 faizi yalan olub. Pentaqonda işləyən keçmiş təhlilçi isə “Məhəmməd bizə hər hansı bir terror hadisəsi baş verə bilər” konteksində informasiya vermədi, sadəcə, bizə maymaq olduğumuzu söyləməyə çalışırdı.

Polşada saxlanıldığı müddətdə su ilə boğulma daxil olmaqla “müasir sorğulama növləri”nin hamısı Şeyx Məhəmmədə tətbiq edilib. ABŞ mediası qeyd edir ki, Şeyx Məhəmməd su ilə boğulma vasitəsilə danışmağa məcbur edilənlər arasında ən dözümlü terrorçulardan olub və buna 1,5 dəqiqə dözə bilib.

2005-ci ildə ABŞ Ədliyyə Nazirliyi tərəfindən hazırlanan və MKİ-nin terror şübhəsi ilə tutduğu şəxslərə tətbiq edilən sorğulama texnologiyasına dair raport 2009-cu ilin aprelində ictimaiyyətə açıqlanıb. Həmin hesabata görə, Xalid Şeyx Məhəmmədə qarşı 183 dəfə “vaterboardinq” tətbiq olunub.

2005-ci ilin noyabrında insan haqları təşkilatları MKİ-nin Polşa və Rumuniyada məxfi həbsxnalarının olduğunu üzə çıxarıb və burada saxlanılanlara işgəncə verildiyini elan edib. Bundan bir neçə həftə sonra həmin həbsxanalar fəaliyyətini dayandırıb. Xalid Şeyx Məhəmməd də daxil olmaqla “Əl-Qaidə”nin yüksək eşalonunda təmsil olunan terrorçular isə Şimali Afrika çöllərindəki MKİ müəssisələrinə etap olunub.

ABŞ Prezidenti Corc Buş 2006-cı ilin aprelində verdiyi açıqlamada MKİ həbsxanalarının olduğunu qəbul edərək, Şeyx Məhəmmədin də aralarında olduğu bəzi məhkumların Quantanamo həbsxanasına köçürüləcəyini elan edib.

2007-ci ildən Şeyx Məhəmmədin məhkəməsi başlayıb. Pentaqon bəyan edib ki, Məhəmməd 11 sentyabr hücumlarına görə məsuliyyəti üzərinə götürüb, ən azı 31 terror əməliyyatı planı hazırladığını və ya bunun həyata keçirilməsində iştirak etdiyini bildirib.

Onun etiraf etdiyi terror və cinayət hadisələrinin siyahısı bunlardır:

1993-cü ildə Nyu-Yorkda Dünya Ticarət Mərkəzinin bombalanması, 2001-ci ilin 11 sentyabrında ABŞ-da əsrin terror hücumunun təşkili, Küveytdə 2 ABŞ hərbçisinin öldürülməsi, Panama kanalına hücum, Prezident Karterə qarşı sui-qəsd planı, Nyu-Yorkda asma körpülərdə terror, İndoneziya, Avstraliya və Yaponiyadakı ABŞ səfirliyinə hücum planları, Hindistan, Azərbaycan, Avstraliya və Flippində İsrail səfirliyinə hücum planları, Cənubi Koreyada ABŞ hədəflərinə hücum planları, 2003-cü ildə İstanbulda Böyük Britaniya, ABŞ və yəhudi hədəflərinə hücumlara maliyyə dəstəyinin təminatı, Avropadakı NATO müəssisələrinə hücum planı, 1990-cı ilin ortalarında Flippinə səyahəti zamanı ABŞ prezidenti Bill Klintona qarşı sui-qəsd cəhdi, Pakistan Prezidenti Pərviz Müşşərəfə sui-qəsd planı və s.

2008-ci ilin 11 fevralında Şeyx Məhəmməd də aralarında olmaqla bir neçə terrorçu ABŞ-da Nyu-Yorkda həyata keçirilən 2001-ci ilin 11 sentyabr terror hadisələrinə görə, məhkəmə prosesinin başlandığı elan olunub.

2011-ci il aprelin 4-də ABŞ-ın Baş prokuroru Erik Holder bəyan edib ki, 5 cinayətkar Quantanoma həbsxanasında hərbi məhkəmədə ittiham olunacaq. O, əlavə edib ki, bu şəxslərə ölüm cəzası verilə bilər.

2012-ci il mayın 5-də başlayan məhkəmənin ilk prosesində Xalid Şeyx Məhəmməd hakimin suallarına cavab verməkdən imtina edib. Hazırda bu məhkəmə prosesi davam edir.

Xalid Şeyx Məhəmməd Pakistan, Küveyt və Bosniya-Hesaqovina dövlətlərinin vətəndaşı olub.шаблоны для dle 11.2










 

 




Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.