Sodalı su buxarı qəbul etməklə koronavirusdan sağalmaq olur? - VİDEO

8-07-2020, 10:26           
Sodalı su buxarı qəbul etməklə koronavirusdan sağalmaq olur? - VİDEO
Bir müddətdir ki, sosial şəbəkələrdə, sodalı (çay sodası) su buxarı qəbul etməklə koronavirusdan sağaldığını iddia edən bir azərbaycanlının videosu paylaşılır. Videoda danışan şəxsin bildirdiyinə görə, o, Moskvada yaşayır və iki ay öncə həm özü, həm də bir neçə qonşusu koronavirusa yoluxub. Virusdan isə evdə təbii üsulla müalicə etməklə sağalıblar.

Şəxsin iddiasına görə, o, sodalı qaynar su ilə buxar vannası qəbul edib və çox qısa müddətdə - bir günün içində sağlamlığına qovuşub. Daha sonra isə bu üsulla virusa yoluxmuş qonşularını, dostlarını müalicə edib.



Dominant.az həkim-farmakoloq Müşhfiq Hüseynovla bu müalicə üsulunun effektiv olub-olmamasına aydınlıq gətirməyə çalışıb.

M.Hüseynov əvvəlcə onu bildirib ki, çay sodası Rusiyada müalicə məqsədilə çox istifadə olunur: "Orqanizmin bütün xəstəliklərinin səbəbi hüceyrədə turşu qələvi balansının pozulmasıdır. Buna oksidativ stress deyirlər. Nəticədə sağlam hüceyrələr sıradan çıxır, bədəndə antioksidantların sayı sürətlə azalır, biz xəstələnirik. Rus mənbələri, xüsusilə də evdə müalicə-profilaktika həvəskarları bu balansın qorunması üçün sodadan istifadəni məsləhət görür. Çünki soda dediyimiz maddə natrium bi karbonat məhluludur və qələvidir. Qələvi mühiti artırmaqla, oksidləşmə mühitini, az da olsa, balanslaşdırır".


Həkim qeyd edib ki, bu müalicə üsulunun koronavirusun müalicəsində də kömək etmə ehitimalı var: "Çünki xalq təbabəti min illərdir mövcuddur. Konkret COVID-lə mübarizədə uğurlu sayılırmı? Belə deyək də, haradasa yardımı toxuna bilər, amma sözsüz ki, bu, çıxış yolu deyil. O məntiqlə çay və xüsusilə yaşıl çayın tərkibindəki epigallato-katexinlər də qələvi sayılır. Və tez tez içdikdə, o da boğazdan COVID infeksiyasını yuyub apara bilir. Hər halda belə ehtimal var. Təsadüfü deyil ki, qorunma üsulu kimi bol maye qəbulu məsləhət görülür".


Müsahibimizin sözlərinə görə, bu müalicə üsulunun təsiri fərdə görə dəyişə bilər: "Yəni, qısa desək. Zəriri olmayan her metoddan istifadə etmək olar. Amma xeyri olacaqmı, orası məchuldur. Çünki hər şey sizin individual immunitet sisteminizə, immunitetinizin gücünə və nə qədər sağlam olmağınıza bağlıdır".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.