Ermənistan Silahlı Qüvvələri nəyə görə Qaraqaya postunu ələ keçirməyə cəhd etdi? - "Əgər bu post Ermənistanın nəzarəti altına keçsə..."

15-07-2020, 13:36           
Ermənistan Silahlı Qüvvələri nəyə görə Qaraqaya postunu ələ keçirməyə cəhd etdi? -
Oxu.Az-ın Azərbaycan-Ermənistan sərhədində hərbi əməliyyatların davam etdiyi Tovuz rayonuna ezam olunmuş müxbiri Ermənistan Silahlı Qüvvələrinin Qaraqaya postuna sahib olmağa cəhd göstərməsinin səbəbləri barədə danışdığı video çəkib.

“Biz Tovuz rayonunun Ağdam kəndində təqaüdçü Minayə Qasımovanın Ermənistan Silalı Qüvvələrinin hücumundan zərər görmüş həyətyanı sahəsindəyik. Buraya 122 millimetrlik qumbaraatan mərmisi düşüb və hasara zərər vurub, zərbə dalğası evin pəncərələrinin şüşələrini sındırıb”, - deyə müxbir bildirib.

Onun sözlərinə görə, sözügedən sahə Ermənistan Silahlı Qüvvələrinin tutmağa çalışdığı Qaraqaya postunun yaxınlığındadır.

“Əgər bu post Ermənistanın nəzarəti altına keçsə, o zaman onlar Gəncədən “Qırmızı körpü” nəzarət-buraxılış məntəqəsinə qədər olan strateji yola, 25 kilometr radiusda hər şeyə nəzarət edə biləcəklər”, - deyə müxbir bildirib.

Əməkdaşımızın sözlərinıə görə, postun ələ keçirilməsinin başqa bir səbəbi KTMT ölkələrini münaqişəyə cəlb etmək istəyi olub.

“Bu, 30 il əvvəl Ermənistanın başlatdığı münaqişəyə beynəlxalq ictimaiyyətin cəlb olunması, habelə strateji dəmir yolu və qaz marşrutlarına nəzarət üçün yaxşı əsasa malik, diqqətlə hazırlanmış plandır”, - video reportajda deyilir.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.