Azərbaycanlı politoloq: Ermənistanın qan bankında “etnik təmiz erməni qanı” çatışmayacaq

28-09-2020, 08:13           
Azərbaycanlı politoloq:
Ermənistanda və işğal olunmuş Dağlıq Qarabağda təlaş hökm sürür ki, bunu əssasız adlandırmaq olmaz, erməni tərəfi Azərbaycan Ordusunun əks-hücumu ilə əlaqədar itkilər səbəbindən kəskin “qan çatışmamazlığı” duyur. Bunu politoloq Fuad Axundov deyib.

“Azərbaycan Ordusu əks-həmlə nəticəsində irəliləyir. Ermənistan itkilər verir və “mövqelərin itirilməsini” güçlə olsa da etiraf edir. Eyni zamanda, Ermənistan Səhiyyə Nazirliyi çağırış edir: təcili qan lazımdır! Sonra daha bir çağırış II və III qan qrupuna malik olan şəxslərə ünvanlanır. Bu cür çağırışlar, birincisi, Ermənistanda təxribatlar təşkil olunarkən nəticələrini və ümumiyyətlə itkilərinin miqyasını hesablamadıqlarının aydın əlamətidir. İkincisi, çox ciddi demoqrafik problemlərin olduğu ölkələrdə çox sayda donorlara ümid olmaq mümkün deyil. Üçüncüsü, Ermənistanda “qan xidməti” özünü heç də yaxşı tərəfdən göstərmir”, - Axundov “İnterfaks-Azərbaycan”a bildirib.

Politoloq bir məqamı xatırladıb: bu yaxınlarda Ermənistanda çox təmtəraqlı şəkildə qan bankının açılışı olub, Robert Koçaryanın həyat yoldaşı donor qan verib. Daha sonra isə bu “bankda” qanın sırf erməni qanı olması ilə bağlı nasist fikirlər səsləndirib. “Bununla da bir daha təsdiq edib ki, Ermənistan hökuməti faşist ideologiyasını etiqad edir. Həm çoxmillətli Qafqazda Ermənistanın monoetnik olması, həm Ermənistanda milli qəhrəman səviyyəsinə qaldırılan Hitlerin əlaltısı olan Njdeyə abidənin ucaldılması və s. bunu sübut edir”, - o qeyd edib.

Axundov erməni vətəndaşlarını “qanın qiyməti” barədə düşünməyə çağırıb. “Ermənistanın Azərbaycana qarşı təcavüzünün əsas səbəbi olan indiki insanlığa zidd ideologiya olmasaydı, hazırki vəziyyətdə Ermənistanda donor qanına sadəcə olaraq ehtiyac olmazdı, lazım olsaydı belə, bu millətin sayca az olması səbəbindən etnik təmiz erməni qanı kifayət deyil”, - politoloq əlavə edib.

milletinsesiшаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.