Samsung-a yeni rəqib gəlir – Bazarın 40%-ni ələ keçirəcək

30-09-2020, 00:01           
Samsung-a yeni rəqib gəlir – Bazarın 40%-ni ələ keçirəcək
Son iki ildə Samsung çevik ekranlı cihazların istehsalı ilə məşhur olsa da, artıq şirkətin ciddi rəqibi yarana bilər.

Teref.az ted.az-a istinadən bildirir ki, BOE adlı Koreya istehsalçısı Samsung-la ciddi rəqabət şəraitində fəaliyyət göstərəcək.

Məlumata görə, smartfon ekranları istehsal edən BOE şirkəti 2024-cü ilə qədər OLED çevik ekran bazarının təxminən 40%-ni tutmaq niyyətindədir.

Brend təmsilçilərinin sözlərinə əsasən, hazırda bazarın 20.3%-i BOE-yə məxsusdur. Bu seqmentin ümumi bazar dəyəri isə 49.7 milyard ABŞ dollardır.

Qeyd edək ki, mütəxəssislər çevik ekran bazarında yaranacaq rəqabət mühitinin kifayət qədər maraqlı hadisələrlə yadda qalacağını düşünürlər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.