Bill Qeyts koronavirus peyvəndlərinin istehsal tarixini açıqladı

1-10-2020, 10:05           
Bill Qeyts koronavirus peyvəndlərinin istehsal tarixini açıqladı
Amerikalı sahibkar, "Microsoft” şirkətinin banisi Bill Qeyts bildirib ki, dünyada koronavirus peyvəndləri 2021-ci ildə istehsal edilə bilər.


Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.


Onun sözlərinə görə, peyvəndləri kasıb ölkələr üçün əlçatan etmək zəruridir.


"Bu peyvəndlər bizə milyonlarla insanın həyatını xilas etməyə imkan verəcək. Onlar həmçinin bizə dünyada COVID-19-u tam məhv etməyə gətirib çıxaracaq plan hazırlamağa imkan yaradacaq", - “Microsoft” şirkətinin banisi qeyd edib.


Bill Qeyts əlavə edib ki, bu hədəflərə nail olmaq üçün peyvəndlərin milyardlarla dozada istehsalını təşkil etmək lazımdır. Bundan başqa, peyvəndlərin alınmasını və dünya üzrə çatdırılması sisteminin hazırlanmasını da maliyyələşdirmək vacibdir.


"Az gəlirli ölkələr inkişaf etmiş dövlətlər kimi eyni alıcılıq qabiliyyətinə malik deyil. Buna görə də onlarda dozaların kifayət qədər olmayacağı riski var", - Bill Qeyts bildirib.


Sahibkar 16 əczaçılıq şirkəti ilə "Bill və Melinda Qeyts" Xeyriyyəçilik Fondu arasında yeni razılaşmanın imzalandığını elan edib.



"Sənəddə şirkətlər peyvəndlərin istehsalını sürətləndirməyi və onların mümkün qədər tez, geniş bölgüsünü təmin etməyi razılaşdırıblar", - Qeyts vurğulayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.