Anti-Rusiya siyasəti aparan Paşinyanın çirkin oyunu - Xəyanət nümunəsi

26-10-2020, 09:01           
Anti-Rusiya siyasəti aparan Paşinyanın çirkin oyunu -
Nikol Paşinyan baş nazir kimi hakimiyyətə gəldikdən sonra Ermənistanda anti-Rusiya meyllərinin güclənməsi, Rusiyaya qarşı aksiyaların təşkili, rusiyameylli şəxslərin vəzifələrdən kənarlaşdırılması və onlara qarşı təzyiqlər təşkil edilməsi, məktəblərin, rusdilli medianın bağlanması, rus dilinə tətbiq olunan qadağalar heç kimə sirr deyil. Bəs Ermənistanda anti-Rusiya çağırışlarının səbəbi nədir?

Teref.az Xezerxeber.az-a istinadla xəbər verir ki, millət vəkili Razi Nurullayev bildirib ki, Rusiyaya qarşı ikili oyun oynayan Paşinyan Ermənistandakı anti-Rusiya təbliğatının əsas təşkilatçısıdır.

Paşinyan özünün qərbmeyilli olduğunu heç zaman Rusiyadan gizlətməyib. Bu, Sorosun bəslədiyi Ermənistan hakimiyyətinin Rusiyaya növbəti xəyanət nümunəsidir.

Hakimiyyətə gəldiyi ilk gündən qərbyönümlü siyasəti ilə diqqət çəkən Paşinyanın heç zaman sözü ilə əməli üst-üstə gəlməyib. Qeyri-ciddi çıxışları və obrazı ilə siyasət meydanında biabır olan Paşinyanın Rusiyaya növbəti xəyanəti də gözlənilən idi.

Razi Nurullayev deyib ki, Paşinyan müəyyən öhdəlik üzrə Qərb tərəfindən hakimiyyətə gətirilib və onların göstərişləri ilə oturub-durur.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından gözlədiyi dəstəyi ala bilmən Ermənistanın bu dəfə NATO-dan imdad diləməsi, NATO ilə yanaşı Avropanın bir çox ölkələrində, eləcə də Fransa və ABŞ-da kömək axtarması işğalçı ölkənin xarici siyasətinin iflasa uğradığını açıq-aydın göstərir.

Əsgər çatışmazlığı ilə üzləşən işğalçı ölkə bir tərəfdən sülhməramlı əməliyyatlarda iştirak etməklə və qərbyönümlü siyasət yürütməklə Avropaya inteqrasiyaya, Rusiya tərəfindən onlara qarşı olan mənfi təsirləri balanslaşdırmağa, digər tərəfdən isə Rusiyanın regional-strateji tərəfdaşı kimi Qərbin gözündə ölkənin əhəmiyyətini artırmağa səy göstərir.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.