AZAL Rusiyaya əlavə reyslər açır? - AÇIQLAMA

26-09-2022, 18:11           
AZAL Rusiyaya əlavə reyslər açır? - AÇIQLAMA
Xəbər verildiyi kimi, Rusiya Prezidenti Vladimir Putin sentyabrın 21-də qismən səfərbərlik elan edib.

TEREF.AZ xəbər verir ki, səfərbərlik elanından sonra ölkədə beynəlxalq uçuşlara tələbat kəskin artıb. Media Rusiya Federasiyasından bir çox ölkələrə aviabiletlərin tamamilə satıldığını yazır. Xüsusilə, Gürcüstan, Türkiyə, Azərbaycan və Ermənistana birbaşa biletlərin satıldığı bildirilir. “Google”un məlumatına görə, ölkədə “təyyarə bileti”, “bilet” və “xaricdə” kimi terminlər üçün internet axtarışlarının sayında artım müşahidə olunub.

Rusiyada xeyli sayda azərbaycanlı yaşayır. Hazırda Rusiya və Ukrayna arasında gedən müharibə onların da təhlükəsizliyini təhlükə altına alır. Bu səbəbdən də azərbaycanlılar öz ölkələrinə qayıtmaq istəyirlər. Lakin pandemiya səbəbindən Azərbaycanın quru sərhədləri bağlı olduğu üçün vətəndaşların ölkəyə girişi yalnız hava yoluyla mümkündür.

Bunu nəzərə alaraq, “Azərbaycan Hava Yolları” QSC (AZAL) əlavə təyyarə reysləri açacaqmı?

Məsələ ilə bağlı Cebhe.info “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) sentyabrın 22-də sorğu göndərib. Bu gün qurumdan sorğumuza cavab olaraq bildirilib ki, bununla bağlı hələ heç bir qərar müəyyən olunmayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.