ABŞ: Bu, Kremlin böyük ssenarisinin bir hissəsidir!

29-09-2022, 09:17           
ABŞ: Bu, Kremlin böyük ssenarisinin bir hissəsidir!
Ukraynada psevdoreferendumun saxta nəticələrinin elan edilməsi Kremlin böyük ssenarisinin bir hissəsidir. Bu, onu göstərir ki, Rusiya Ukrayna ərazilərinin bir hissəsinin ilhaqını elan etmək niyyətindən əl çəkməyəcək.

Axar.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karin Jan-Pyer deyib.

"Rusiya hökuməti ukraynalıların guya Rusiyanın bir hissəsi olmaq istədikləri yalanını yaymaq üçün nəticələri saxtalaşdırıb. Bütün dünya ukraynalıların Rusiyanın bir hissəsi olmaq istəmədiklərini bilir”, - sözçü bildirib.

O qeyd edib ki, “referendumlar” Kremlin ssenarisi üzrə keçirilib:

“Mülki ukraynalılar evdə axtarılıb, eləcə də küçələrdə saxlanılaraq silahlı insanların iştirakı ilə səsverməyə məcbur ediliblər”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru