“Rusiya ordusu öz hərbçilərinin cəsədlərini döyüş meydanında tərk edir”

7-10-2022, 08:48           
“Rusiya ordusu öz hərbçilərinin cəsədlərini döyüş meydanında tərk edir”
“Rusiya ordusu geri çəkilərkən öz hərbçilərinin cəsədlərini döyüş meydanında tərk edir”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumat “Associated Press” agentliyinin Donetsk vilayətinin Liman şəhərindən hazırladığı reportajında yer alıb.

Reportajda qeyd olunur ki, Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinin hücum əməliyyatı zamanı Liman şəhərini elə sürətlə tərk ediblər ki, hətta öz əsgərlərinin cəsədlərini belə küçələrdən götürməyiblər.

Agentliyin müxbirləri Limanda azı 18 rusiyalı hərbçinin cəsədini gördüklərini bildiriblər.

Xatırladaq ki, oktyabrın 1-i ukraynalı hərbçilər Donetsk vilayətinin şimalında yerləşən Liman şəhərinə daxil olublar. Rusiyalı hərbçilər xüsusi hərbi əməliyyat çərçivəsində sözügedən şəhərə nəzarəti ələ keçirmişdi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.