“Elmlər Akademiyası” niyə tıxac içində boğulur? - Təhsil ekspertinin şərhi

2-12-2022, 18:49           
“Elmlər Akademiyası” niyə tıxac içində boğulur? -
"Bakıda 40 min tələbə, ümumilikdə 60 minə yaxın şagird və müəllim heyəti təkcə "Elmlər Akademiyası” metrostansiyasından istifadə edir. Amma "Elmlər Akademiyası”nın yük götürmə qabiliyyəti bundan dəfələrlə aşağıdır”.

TEREF.AZ bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov "Elmlər Akademiyası” metrostansiyası ətrafında daim mövzud olan tıxacdan danışarkən deyib deyib. Onun sözlərinə görə, "Elmlər Akademiyası” metrostansiyasının yaxınlığında Bakı Dövlət Universiteti, Texniki Univesitet, Memarlıq və İnşaat Universiteti, Mədəniyyət və İncəsənət Universiteti, eyni zamanda bir neçə kollec və orta məktəblər var:

"Burada ümumi tələbə sayı qeyd etdiyim universitetlərdə 40 minə yaxındır. Orada 8 orta ümum təhsil məktəbi var və onların hər birində şagird sayı 2 mindəın çoxdur. Eyni zamanda həmin küçələrdə hərəkət edən nəqliyyat vasitələrinə baxsaq, görərik ki, orada yük götürmə qabiliyyəti aşağıdır”.

Kamran Əsədov deyir ki, Bakıda 4432 orta ümumtəhsil məktəbində 1,6 milyon şagird, 51 ali təhsil müəssisəsində 187 min tələbə, eyni zamanda 59 orta ixtisas kolleclərində 30 minə yaxın subbakalavr tələbəsi təhsil alır. Bu rəqəmlər onu deməyə əsas verir ki, qeyd edilən məktəblərin əksəriyyəti Bakının payına düşür. Təkcə ölkə məktəblərinin 320-si Bakıdadır. Burada 670 minə yaxın tələbə təhsil alır. Paytaxt Bakıda 48 min uşaq 1-ci sinfə gedirsə, bu o deməkdir ki, ən azı rəqəm iki dəfə qalxır. Valideynlərin uşaqları ilə getdiyini nəzərə alsaq, 96 minə yaxın şəxs bir başa ibtidai sinif şagirdlərini məktəbə aparır. Hesab edirəm, biz yolların, metronun və ictimai nəqliyyatın yük götürmə qabiliyyətinə baxmalıyıq. Ən çox hərəkət sıxılığı olan küçələrə baxsaq, orada məktəblər və universitetlər də yoxdur. Məsələn, "Ziya Bünyadov” prospekti. Günün istəlinən saatında orada nəqliyyatın sıxlığı var. Və yaxud da "8 Noyabr” prospektinə baxırıq. Orada prospekt boyunca iri tutumlu təhsil müəssisələri yoxdur”.

Ekspertə görə, aparılan təhlillər göstərir ki, məktəbləri kənara köçürmək çıxış yolu deyil:

"Bunun üçün bir yol var, bölgədəki universitetlərin plan yerlərini artırıb Bakıdakı universitetlərin plan yerlərini azaltmaq. Alternativ yükü paylaya biləcək orta ixtisas, ali məktəblərin Bakının kənarlarına doğru artmasını təmin etməliyik”.












Loading...

Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.