Prezidentin seriallara ayırdığı 6 milyonu mənimsəyən qurum BƏLLİ OLDU

2-02-2023, 19:56           
Prezidentin seriallara ayırdığı 6 milyonu mənimsəyən qurum BƏLLİ OLDU
Tanınmış aktyor və rejissor Hikmət Rəhimovun açıqlaması müzakirələrə səbəb olub. O, illər əvvəl Prezident İlham Əliyev tərəfindən serialların inkişafına dəstək məqsədilə ayırdığı 6 milyon manat vəsaitin mənimsədildiyini iddia edib.

Dediyinə görə bir neçə il əvvəl ölkə başçısının serial sektoruna ayırdığı büdcə hissə-hissə xərclənməli olduğu təqdirdə ortaya serial çıxmayıb.

Aktyor vəsaitin hansı quruma və pulun kim (kimlər) tərəfindən mənimsənildiyini açıqlamasa da, onun fikirləri səs-küyə səbəb olub. Hətta bu məsələdə hədəf olaraq Mədəniyyət Nazirliyi göstərilib.

TEREF.AZ bildirir ki, məsələ ilə bağlı Mədəniyyət Nazirliyi Bizim.Media-nın sorğusunu cavablandırıb.

Qurumdan bildirilib ki, seriallara ayrılan vəsaitin mənimsənilməsi ilə bağlı aktyor Hikmət Rəhimovun ittiham etdiyi tərəf Mədəniyyət Nazirliyi deyil:

“Məsələ ilə bağlı aktyorun özü ilə əlaqə saxlamağınız tövsiyyə olunur. Qeyd olunan dövr ərzində isə Mədəniyyət Nazirliyinə serial çəkilişinə görə xüsusi vəsait ayrılmayıb”, - deyə nazirlikdən qeyd edilib.

TEREF.AZ bildirir ki, Bizim.Media-nın araşdırmasına görə Azərbaycan prezident İlham Əliyev milli televiziya filmlərinin istehsalına maliyyə yardımının göstərilməsi haqqında sərəncamı 2013-cü ildə imzalayıb.

Milli telefilmlərin, o cümlədən teleserialların çəkilişini dəstəkləmək məqsədilə dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Milli Televiziya və Radio Şurasına 6 (altı) milyon manat vəsait ayrılıb.

Qeyd edək ki, Milli Televiziya və Radio Şurasının sədri həmin dövrdə Nuşirəvan Məhərrəmli olub. O, 2020-ci ilin aprelində MTRŞ-nin sədri vəzifəsindən kənarlaşdırılıb.

Qaldırılan məsələ ilə bağlı qarşı tərəfin də fikirlərini almağa hazırıq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru