“Apple” satışları 7 milyard dollar azalıb

3-02-2023, 12:02           
“Apple” satışları 7 milyard dollar azalıb
“Apple”in satışları 2022-ci ildə azalıb.

İndex.az xəbər verir ki, “Apple”dan verilən açıqlamaya görə, 2022-ci ilin dördüncü rübündə şirkətin satışları 2021-ci ilin eyni dövrü ilə müqayisədə 5% azalaraq 117,2 milyard dollara düşüb. Şirkət 2021-ci ilin eyni dövründə 123,9 milyard dollar gəlir əldə edib.

Beləliklə, 2019-cu ildən bəri ilk dəfə “Apple”ın satışlarında illik azalma müşahidə olunub. Şirkətin gəliri 121,1 milyard dollarlıq bazarın gözləntilərindən də geri qalıb.

“Apple”ın xalis mənfəəti isə 2022-ci ilin dördüncü rübündə 2021-ci ilin eyni dövrü ilə müqayisədə 13% azalaraq 30 milyard dollara düşüb. Şirkətin xalis mənfəəti 2021-ci ilin dördüncü rübündə 34,6 milyard dollar olub.

“Apple”ın səhm üzrə qazancı da bu dövrdə 2,10 dollardan 1,88 dollara düşüb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.