Süni intellekt bu peşələri tarixin arxivinə göndərəcək (SİYAHI)

24-03-2023, 20:55           
Süni intellekt bu peşələri tarixin arxivinə göndərəcək (SİYAHI)
OpenAI-nin yeni süni intellekt modeli olan GPT-4 bir çox sahələrdə insanları əvəz edə biləcəyinə əmindir. Süni intellektin insanların əlindən ala biləcəyi 20 peşənin siyahısını ekspertlər öz aralarında müəyyən ediblər.

Bizim.Media süni intellektin çox da uzaq olmayan gələcəkdə ələ keçirə biləcəyi peşələrin siyahısını təqdim edir.

Tərcüməçi,
Tərbiyəçi,
Məlumat tərtibçisi.
Motivator,
Korrektor,
Hüquq məsləhətçisi,
Mühasib,
Kopirayter.

Ekspertlər düşünür ki, Çatbot irəli getdikcə təkcə məlumat xarakterli proqramlaşdırılımış ixtisasları deyil, analitik təfəkkürlə idarə olunan ixtisalara da şərik çıxa bilər:

Marketinq araşdırması analitikası,
Sosial media meneceri,
Görüş planlayıcısı,

Telemarket işçisi,
Virtual sahə üzrə köməkçi,
Transkripsiyaçı (audiodan mətnə)
Jurnalist.

Ekspertlərin tərtib etdiyi siyahıdakı son beş fəaliyyət sahəsi isə bunlardır:

Səyahət agenti,
Texniki dəstək analitiki,
Elektron analitik,
Məzmun moderatoru,
İnsan Resursları Mütəxəssisi (HR Mütəxəssisi).

Mütəxəssislər bu materialı yaydıqdan sonra şərh bölümlərdə siyahı ilə razılaşanların faizi 90-nın üstünü təşkil edib. Yəni artıq insanlar belə bir rəqibin varlığı ilə razılaşırlar. Onların fikrincə, insanlar üçün yalnız maksimum dəqiqlik tələb edən və insanın həyatının asılı olacağı peşələr qalacaq.

Xatırladaq ki, bir neçə gün əvvəl OpenAI şirkəti GPT-4-ü təqdim edib. Yeni model bir çox problem və tapşırıqları ChatGPT-dən daha yaxşı həll etməyə qadirdir. Bundan əlavə, GPT-4 yalnız mətnləri deyil, həm də şəkilləri şərh edə bilir. Məsələn, siz bu modelə memin (mədəni informasiya) şəklini göstərə və bunun nə ilə bağlı olduğunu soruşa bilərsiniz – o, bunu ətraflı izah edəcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.