İtaliyanın qədim şəhərində illər əvvəl yanmış insanların qalıqları aşkarlandı - FOTO

31-05-2023, 11:18           
İtaliyanın qədim şəhərində illər əvvəl yanmış insanların qalıqları aşkarlandı - FOTO
İtaliyanın qədim Pompey şəhərində aparılan qazıntılar zamanı 3 nəfərin skelet qalıqları tapılıb.

Qalıqların eramızın 79-cu ildə Vezuvi dağında baş verən böyük partlayışda ölən şəxslərə aid olduğu məlum olub.

Yeni kəşfin Pompey tarixinə işıq salacağı deyilir.

Bu barədə İtaliya Mədəniyyət Nazirliyindən açıqlama verilib.

Bildirilib ki, Vezuvidə baş verən böyük partlayış zamanı ölən 3 nəfərin qalıqları Pompeydə aşkar olunan ən son arxeoloji tapıntılardır.

Lava, kül və torpaq qatları altında qalan sözügedən skelet qalıqlarının qədim Pompey şəhərindəki hadisə zamanı sobaya sığınan iki qadın və 3-4 yaşlı uşağa aid olduğu qeyd edilib.

“Bu qalıqların tapılması bizə Pompeydə aşkarlanmamış nə qədər tapıntıların olduğunu düşünməyə əsas verir”, - deyə İtaliya mədəniyyət naziri Gennaro Sanculiano bildirib.

Qeyd edək ki, Neapol yaxınlığında yerləşən qədim Pompey şəhəri İtaliyada hər il minlərlə turistin ziyarət etdiyi yerlərdən biridir.







Mənbə: Haber Global












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.