HƏYƏTİNDƏ NARKOTİK BİTKİ YETİŞDİRİRDİ

21-03-2019, 12:08           
 HƏYƏTİNDƏ NARKOTİK BİTKİ YETİŞDİRİRDİ
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, həmçinin kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayonun Xalatala kənd sakini Ramazan Timirov saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman oradan kultivasiya yolu ilə yetişdirilən 30 ədəd çətənə bitkisinin şitilləri aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.

Top.Mail.Ru