Azərbaycandakı sürüşmə zonalarında son vəziyyət açıqlandı

10-05-2024, 00:06           
Azərbaycandakı sürüşmə zonalarında son vəziyyət açıqlandı
Son günlər ölkəmizdə müşahidə olunan qeyri-sabit və yağmurlu hava şəraitindən sonra cənub zonasında olan lokal sürüşmə zonalarında aktivlik müşahidə olunur.

Bunu Trend-ə açıqlamasında Milli Geoloji Kəşfiyyat Agentliyinin rəisi Əli Əliyev bildirib.

O bildirib ki, yağışlardan sonra cənub zonasında Lənkəran, Astara və Lerik rayonları ərazisində 12 lokal sahədə aktiv faza müşahidə olunur.

“Yaz aylarında intensiv atmosfer çöküntülərinin baş verməsi sürüşməyə meyilli sahələrdə bu prosesin aktivləşməsinə təsir göstərir. Baxmayaraq ki, həmin ərazilər üçün bu sürüşmələr geoloji mənada xarakterikdir. Böyükhəcmli proseslər hələ ki, baş verməyib”, – o deyib.

Agentliyinin rəisi əlavə edib ki, Bakının ən təhlükəli saydığımız Bayıl və Badamdar yaylasında vəziyyət stabil xarakter daşıyır.

“Həmin sürüşmə yerlərində Fövqəladə Hallar Nazirliyi və digər qurumlar tərəfindən müəyyən bərkitmə tədbirləri də görülür. Lakin müəyyən qədər aktivlik Nübar, Masazır və Zığ-1 massivlərində müşahidə edilir. Ümumilikdə bəzi zonaları çıxmaq şərtilə, Azərbaycanın sürüşmə zonalarında vəziyyət nisbi stabildir.

Ölkəmizdə 99 lokal sürüşmə sahəsi var. Lakin son bir neçə ildə yeni 46 sürüşmə zonası yaranıb. Agentlik tərəfindən həmin zonalarda monitorinq aparılır, koordinatları müəyyənləşdirir, xəritəyə əlavə edilir və monitorinq şəbəkəsinə daxil edilir”, – deyə Ə. Əliyev qeyd edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.