Avtomobildə narkotik daşıyan şəxs saxlanılıb -Qaxda

13-06-2019, 12:46           
Avtomobildə narkotik daşıyan şəxs saxlanılıb -Qaxda
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan TEREF.AZ-a verilən məlumata görə, Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Balakən rayonu Gərəkli kənd sakini Xəlil İsaxəliyev saxlanılıb. Ona məxsus “ Opel” markalı avtomobilin yük yerinə baxış keçirilən zaman oradan əkilib-becərilməsi qadağan olunmuş 13 ədəd çətənə bitkisi aşkar edilərək maddi sübut kimi götürülüb. Dindirilmə zamanı X. İsaxəliyev həmin narkotik tərkibli bitkiləri Qax rayonu Qorağan kəndi ərazisində yetişdirdiyini bildirib.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.