Nəsimi rayonunda İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə tədbir keçirilib

8-10-2019, 23:28           
Nəsimi rayonunda İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə tədbir keçirilib
Oktyabrın 7-də Yeni Azərbaycan Partiyasının (YAP) Nəsimi rayon təşkilatı Nəsimi Rayon İcra Hakimiyyəti ilə birgə dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə tədbir keçirib.

Teref.az xəbər verir ki, təbirdə çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı Azərbaycan xalqının tarixboyu bəşər mədəniyyətinə Nizami, Füzuli, Nəsimi kimi böyük mütəfəkkirlər bəxş etdiyini söyləyib. O qeyd edib ki, bu dahi şəxsiyyətlərin beynəlxalq səviyyədə dəfələrlə yubileyləri keçirilib. Xalqımızın tükənməz milli-mənəvi sərvətləri olan bu şəxsiyyətlərin dünyada tanıdılmasında və onların irsinin təbliğ edilməsində Heydər Əliyev Fondunun, şəxsən Fondun prezidenti Mehriban Əliyevanın misilsiz xidmətləri var. Bu il dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunur. Ölkəmizdə və xaricdə bir çox mühüm tədbirlər keçirilib. Elə bu günlərdə ikincisi keçirilmiş Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı xüsusi qeyd edilməlidir.

Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva Nəsimi yaradıcılığına toxunaraq, ilk növbədə, onun Azərbaycan ədəbiyyatı ilə yanaşı, İslam Şərqində ictimai-fəlsəfi şeirin ən böyük nümayəndələrindən biri olduğunu vurğulayıb. O qeyd edib ki, görkəmli Azərbaycan şairinin şeirləri Şərq xalqlarının hafizəsində əbədi həkk olunub.

Gülarə Verdiyeva bildirib ki, Prezident İlham Əliyev tərəfindən bu ilin ölkəmizdə “Nəsimi ili” elan edilməsi respublikamızda bir sıra mədəni layihələrin geniş vüsət almasına təkan verib.

Tədbir daha sonra bədii hissə ilə davam edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.